“Azəravtoyol”: Bu axşam Qara Qarayev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti mümkün olacaq
08.08.2016 16:42 Sosreaksiya 925

Qara Qarayev prospektinin bir hissəsində təmir işləri başa çatıb.
Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.
Məlumata əsasən, bu gün axşam saatlarında Qara Qarayev prospektinin bu hissəsində nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.
Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Şərhlər