Pakistanda xəstəxanada törədilən partlayışda ölənlərin sayı 93 nəfərə çatıb
08.08.2016 17:53 Sosreaksiya 1155
Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində xəstəxanada törədilən partlayışda ölənlərin sayı 93 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər xəstəxananın reanimasiya şöbəsində törədilmiş partlayış nəticəsində ilkin olaraq 53 nəfərin həlak olduğu, 50 nəfərin də xəsarət aldığı bildirilirdi.
Şərhlər