“Əgər Xalq hakimiyyətlə bir olarsa heç bir kənar qüvvə niyyətinə çata bilməz” - Mətanət Əsgərqızı

09.08.2016 11:14     Sosreaksiya     961

Bu fikirləri “Karabakh Today” saytına açıqlamasında  "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı bildirib.

O qeyd edib ki, 7 avqustdakı “Demokratiya və şəhidlər” mitinqində beş milyon insan iştirak edirdi:  “Mitinqə prezident,Məclis sədri, baş nazir və  iki müxalifət partiyasının lideri , baş qərargah rəisi və qüvvə komandanları da qatılmışdı.Bu çox qürurverici anlar idi.  Baş nazir Binali Yıldırım Azərbaycanın məşhur şairi Əhməd Cavadın “Çırpınırdın Qaradəniz” şeirindən misralar səsləndirməsi, Azərbaycan bayraqlarının o mitinqdə dalğalanması məni bir insan kimi çox kövrəltdi. Bir daha sübut olundu ki, xalq hakimiyyətlə bir olarsa heç bir kənar qüvvə niyyətinə çata bilməz.Qardaşlarımıza keçmiş olsun deyirəm.O gün olsun ki, Azərbaycanımızda Qarabağın işğaldan azad olunmasını biz də qeyd edək”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar