Gürcüstan parlamentinin sabiq deputatı qətlə yetirilib
09.08.2016 11:28 Sosreaksiya 1248
Kaxeti bölgəsinin Telavi rayonundakı Akura kəndində Gürcüstan parlamentinin keçmiş deputatı, iş adamı Nodar Modebadze öldürülüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, N. Modebadze xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Yerli sakinlərin sözlərinə görə, qətl sifarişli olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayəti törətmiş şəxsin kimliyi müəyyənləşdirilib, onun saxlanılması üzrə müvafiq axtarış-əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, 65 yaşlı eks-deputat Akura kəndində yerləşən şərabçılıq zavodunun sahiblərindən biri olub.
Şərhlər