Azərbaycan Ordusunun giziri qarpızdan zəhərləndi

09.08.2016 11:34     Sosreaksiya     1152

Tovuz rayonunda hərbi qulluqçu qarpızdan zəhərlənib. Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, zəhərlənən şəxs Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü, gizir Həsənov Elvin Mahir oğludur. O, qarpızdan zəhərlənmə diaqnozu ilə evdə xəstəxanaya yerləşdirilib.

Hərbçiyə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə məlumat verilib və o, Hərbi Hospitala yerləşdirilib.

Hazırda E.Həsənovun səhhəti orta ağır qiymətləndirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar