Millət vəkili Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində
09.08.2016 17:39 Sosreaksiya 912
9 avqust 2016-cı il tarixində Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşov Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olmuşdur.
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin mədəniyyət attaşesi,
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi
qonağa Misir və Azərbaycan arasında olan tarixi dostluq münasibətlərindən,
mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan mərkəzin yaranma tarixindən,
fəaliyyəti haqqında geniş məlumat verdi.
Qarşılıqlı söhbət zamanı Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun
Amaşov Mətbuat Şurası ilə Misirin aidiyyatı qurumları arasında əməkdaşlığın
inkişafından, Misirlə Azərbaycan arasında mədəni əlaqələrin gələcəkdə daha da
genişlənməsi üçün lazımi işlərin həyata keçirilməsinin vacib olduğunu, iki ölkənin
əlaqələrindən bəhs edən müştərək tədbirlərin keçirilməsi təklifləri irəli sürüldü.
Qonaq Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanışlıqdan və dəvətdən
məmnunluğunu bildirdi.
Şərhlər