Bakıda 22 yaşlı oğlan dənizdə boğulub

09.08.2016 21:46     Sosreaksiya     1255

Xəzərdə daha bir şəxs boğulub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda bir nəfərin batması barədə məlumat daxil olub.
 
Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1994-ci il təvəllüdlü Ömərov Məhəmməd Fikrət oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:00-da başa çatıb.
 
 

Şərhlər

Çox oxunanlar