Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) layihəsini yekunlaşdırıb

10.08.2016 13:21     Sosreaksiya     1351

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ingilis və rus dillərində “Ermənistanın Azərbaycana təcavüzü 1988-1994” sənədli filmin hazırlanması layihəsini başa çatdırıb.

Layihə çərçivəsində ingilis və rus dillərində “Qarabaq muharibəsi: Xronika(1988-94)” adlı sənədli film çəkilib.

Film Ermənistanın Azərbaycana qarşı 1988-94-cü illərdə hərbi təcavüzü haqqındadır.Filmdə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətraf rayonlarında apardığı terror və işğal hadisələri xronoloji ardıcıllıqla faktlara söykənən məlumatlarla öz əksini tapmışdır.  İşğal olunmuş şəhər və kəndlırimiz haqqında məlumatlar da filmdə qeyd olunmuşdur.

Qeyd edək ki, saxtalığa alışmış erməni təbliğat maşını sosial şəbəkələrdə filmlər çəkərək Qarabağın onlar tərəfindən işğal edilməməsi guya yerli erməni əhalisinə qarşı Azərbaycan təcavüzü haqqında boş faktlarnan dünya ictimaiyyətinin çaşdırmağa çalışırlar. Onlar bütün səyləri ilə Xocalı, Qaradağlı və s. faciələri ört basdır etməyə, yandırılmış Azərbaycan şəhər və kəndlərini orada törətdikləri vandalizmi gizlətməyə çalışırlar. Hesab edirik ki, bu filmin hazırlanması ilə biz bu çirkin təbliğatın qarşısın alınması istiqamətində öz töhvəmizi vermiş olacayıq.

Xatırladaq ki, ictimai birlik bundan əvvəl 3 dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri” və "Qafqazın konservatoriyası" və “Qarabağın mədəniyyət xəzinələri”, ingilis, rus dillində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” filmlərini hazırlayıb.

Şərhlər

Çox oxunanlar