Bakıda restoranda yanğın olub

12.08.2016 22:01     Sosreaksiya     1220

 Bakıda restoranda yanğın hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda vətəndaşa məxsus restoranının ərazisində ümumi sahəsi 190 kvadratmetr olan ikimərtəbəli 10 otaqlı binanın 2-ci mərtəbəsində qeydə alınıb.
 
2 otaq 20 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
 

Şərhlər

Çox oxunanlar