Azərbaycanda maşın 3 yaşlı qızı vurub

12.08.2016 23:48     Sosreaksiya     1210

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 12-də axşam saatlarında rayonun Xolmili kəndi ərazisində qeydə alınıb. 
 
Kənd sakini, 22 yaşlı Yusif Adil oğlu Qədirli idarə etdiyi “Merсedes” markalı,  42 BV 737 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən həmkəndlisi, 3 yaşlı  Zeynəb Sadiq qızı Kazımovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış uşağı sürücü dərhal maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Burada Z.Kazımovaya qapalı kəllə-beyin travması və sümük sınıqları diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımlardan sonra onun vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.  
 
 

Şərhlər

Çox oxunanlar