Sumqayıtda partlayış - 1 ölü

13.08.2016 14:02     Sosreaksiya     1322

Sumqayıt şəhərində partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə sakini Ruslan Vəliyev həyətində qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib.

Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb. Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanıb.

Araşdırma aparılır.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar