Statistika Komitəsi: Ərzaq malları 11,9 faiz bahalaşıb

14.08.2016 14:41     Sosreaksiya     900

2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,5 faiz artıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə6133,8 milyon manat vəsait daxil olub, büdcədən 6821,5 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 687,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,5 faizi səviyyəsində olub. 

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil etmiş, onun 4306,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il iyun ayının 1-i ilə müqayisədə 11,1 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.
 
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7566,0 milyon manat təşkil edib. 

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata (ilin əvvəlindən 1,55 manata), 1 Avroya – 1,70 manata (1,73), 100 Rusiya rubluna – 2,32 manata (2,21) bərabər olub.


Statistika Komitəsi bildirib ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27002,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə aşağı düşməsi olub.
Əlavə dəyərin 38,5 faizi sənayedə, 11,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,1 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2809,7 manata bərabər olub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 0,6 faiz, o cümlədən neft hasilatı 0,4 faiz artmış, əmtəəlik qaz hasilatı isə 8,8 faiz azalıb.
 
Emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz, tütün məmulatlarının istehsalı 17,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 14,6 faiz, kağız və karton istehsalı 0,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,5 faiz, hazır metal məmulatlarının istehsalı 9,4 faiz, kompyuter və elektron məhsullarının istehsalı 23,6 faiz, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 43,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə artmış, içkilərin istehsalı 8,2 faiz, geyim istehsalı 4,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 76,4 faiz, poliqrafiya məhsullarının istehsalı 3,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 16,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,9 faiz, tikinti materiallarının istehsalı 23,5 faiz, maşın və avadanlıqların istehsalı 23,0 faiz, mebel istehsalı isə 1,7 faiz azalıb.
 
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,3 faiz azalıb. 
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,4 faiz, neft sektorunda isə 0,4 faiz artıb. 

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar