Şəkidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub

14.08.2016 23:53     Sosreaksiya     927

 
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakinlərinin polisə etdikləri şikayət əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kəndin “Pəri” qəbiristanlığından qəbir daşlarının kənarlarına çəkilmiş dəmir barmaqlıqları oğurlayanların Mingəçevir şəhər sakinləri – 1967-ci il təvəllüdlü Davud Ələmşah oğlu Quliyev və 1988-ci il təvəllüdlü Faiq Elbrus oğlu Qasımovun olmaları müəyyən edilib.
 
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslər Mingəçevir şəhəri ərazisində tutularaq istintaqa təhvil veriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sözügedən qəbiristanlıqdan 20-ə yaxın qəbir daşlarının kənarına quraşdırılmış dəmir barmaqlıqları oğurlayıblar.
 
Faktla bağlı araşdırma aparılır. 
 
 

Şərhlər

Çox oxunanlar