Manat funta və Rusiya rubluna nisbətən bahalaşıb
15.08.2016 10:55 Sosreaksiya 862
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 13-ü ilə müqayisədə dəyişməyərək 1,6102 manat səviyyəsinə müəyyən olunub.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,17% möhkəmlənərək 1,7967 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0249 manata enib.
Türkiyə lirəsinin məzənnəsi 0,2% möhkəmlənərək 0,5439 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0804 manatdır. Beləliklə, funt sterlinq 0,37%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,39% azalaraq 0,6851 manat təşkil edib.
Şərhlər