Bakı metrosunda qorxulu hadisə

15.08.2016 11:19     Sosreaksiya     999

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Milli.Az-ın məlumatına görə, "Həzi Aslanov" - "İçərişəhər" xətti ilə hərəkət edən qatar "Gənclik" stansiyasına çataçatda, qatar tuneldə ikən təxminən 28-30 yaşlı bir qadın huşunu itirərək yıxılıb.

Dili qatlanan qadını sərnişinlər son anda ölümdən xilas edə biliblər.

Qadın "Gənclik" stansiyasında platformaya düşürülərək, təcili tibbi yardım briqadası çağırılıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar