Sumqayıtda DƏHŞƏTLİ QƏZA: bir ailə məhv oldu

15.08.2016 12:39     Sosreaksiya     1392

Ötən gecə Bakı-Quba  yolunun Sumqayıtın  Yaşma yaşayış massivindən keçən hissəsində  ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
Milli.Az lent.az-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə  etdiyi  "Hyundai Elantra" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib. 
 
E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım  Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını  xilas etmək mümkün olmayıb.
Ailənin iki azyaşlı övladı var.
 
Faktla bağlı araşdırma  aparılır.
 
 

Şərhlər

Çox oxunanlar