Velosiped oğruları artıb

15.08.2016 12:50     Sosreaksiya     932

Velosiped oğurlamaqda şübhəli bilinən Bakı və Şəki şəhər sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda deyili ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Abşeron rayon sakini Əmrah Eminova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Tərlan Hacıyev tutulub.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyulun 29-da şəhər sakini Vüqar Bəşirova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən həmyerlisi Adil Əhmədov saxlanılıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar