Rusiyada Islamofobiya? - Moskvada iftar basqını

14.07.2015 16:13     Sosreaksiya     2623

Türkiyə son zamanlar Türküstan və basqı altında dirənən Uyğur xalqının problemləri ilə olduqca məşğuldur. Türk xalqı uyğur xalqına dəstəklərini xüsusən sosial mediadan göstərir. Mavi ay ulduzlu bayrağı bir çox istifadəçinin hesabında görmək mümkündür. Bu dəstək əsnasında bir çox gerçək və uydurma görüntü də sosial media üzərindən paylaşıldı. Nəticədə türk xalqı hər zaman olduğu kimi müsəlmanların dərdinə diqqətsiz qalmadı. Və uyğurlara dəstək olduğunu mümkün olan hər məcrada göstərdi. Təəssüf ki, Türkiyəyə turist kimi gəlmiş koreyalıları çinli zənn edib döymək belə istədilər. Bütün bunları gördüyümdə içimdə keşkə ruslar da qıyıqgözlü olsaydı dedim. Bəlkə o zaman yumruğu həqiqətən də haqq edənlər yalnışlıqla da olsa onu Türkiyədə görərdilər. Niyə mi? Rusların yumruq səbəbləri, əlbəttə ki, saymaqla bitməz. Amma son günlərdə Rusiyada yaşayan müsəlmanların çox haqqlı səbəbləri var. Bu səbəb Rusiyanın Moskvada məscid tikintisinə icazə vermədiyi üçün yağış, qar altında qılınan Cümə namazları deyil. Onsuz da Türkiyə bu gerçəyi görməməyə çoxda öyrəşdi. Səbəb rus nazi gənclərin Orta Asiyalı müsəlmanlara etdiyi hücumlar da deyil. Bu hadisələr də türkiyədə heç bir zaman lazımi qədər səs yaratmadı. Məsələ bu hücumlarda ölən günahsızlar üçün Türkiyədə heç bir zaman qiyabi cənazə namazı qılınmadı. Həqiqətən yumruqluq nazilər haqq etdiklərini qafqazlı gənclərdən görürlər. Bu səbəb Rusiyanın son 20 ildir Qafqaz torpaqlarında terrorla mübarizə adı altında apardığı saysız işgəncələr də deyildir. Bu vəziyyət də artıq Türkiyədə çox maraqlanan məsələ deyil deyəsən. Burada da Rusiyaya gərəkən cavabı dirənən mücahidlər verir. Ən azından davam edən bir müharibə var deyək. Məncə xəyalımızdakı Türkiyəyə gələn qıyıq gözlü rusun çinli zənnedilərək döyülməyi haqq etməsinin səbəbi Rusiyanın uyğurlara etdiyi çox oxşar bir zülmü müsəlmanlara tətbiq etməsidir. Sosial mediada Çinin orucu qadağan edib, uyğurlara zorla yemək yedizdirdikləri ilə bağlı çox sayda xəbərlər gördük. Buna qarşı Moskvada yaşayan bir müsəlmanın iftar üçün dostlarıyla görüşdüyü bir axşamı polis idarəsində keçirdiyi Türkiyədə bilinmir. Rəsmi icazə alınaraq böyük çadırlarda iftarların verildiyi Moskvada, hansı ki, bu mərasimdə Türkiyə də iştirak etmişdi, dostlarınızla hər hansı bir iftar etmək istərsəniz Rusiyanın çevik alayı olan OMON basqın edər, polis bölməsinə aparılarsız və sahuru brmaq iziz verərək idrak edərsiniz. Qafqazlı gənclər Türkiyədə başladılmış uyğur türklərinə dəstək kompaniyalarına qatılarkən eyni zülümlə qarşı-qarşı qalmaq paradoksuyla yaşayırlar. Moskva polsisinin basqını cib telefonları ilə lentə alınaraq tez-tez sosial medyada paylaşılır. Belə bir basqın ən son Moskvada sahibinin çeçen olduğu bir restoranda həyata keçirildi. Veseliy Babay adlı restorana iftar üçün gələn çeçen müsəlmanlar gecəni polis bölməsində keçirdilər. Saxlanılanlar arasında Kadırov hakimiyyətinə yaxın adların oması, hadisənin Kadırova aid Grozny TV-də yayınlanmasına səbəb oldu. Rusa meyilli Çeçen hökuməti Moskva polisini islamafobi ilə suçladı. Bundan sonra Moskva polisi hadisənin islamafobi ilə əlaqəsinin olmadığını, basqının Nemtsov cinayəti ilə əlaqəli olduğunu açıqladı. Guya ki, Nemtsov cinayəti şahidləri mütəmadi olaraq bu restoranda toplaşırlarmış! Putinə yaxın iki ayrı gücün mübarizəsinə moskvalı müsəlmanlar da daxil oldu və doğrunun heç də deyildiyi kimi olmadığını söylədilər. Moskvalı müsəlmanlara görə edilən bu basqın da daxil olmaqla digər iftar basqınları, məscid basqınları, günahsız yerə həbs olunmalar və bunların hamısı Rusiyada dövlət səviyyəsində bir islamafobinin var olduqunun sübutudur. Müsəlmanlar bu basqın və zülmləri şəkil və videolara çəkməyə çalışır. Ancaq səsləri nə Rusiyada, nə də Çeçenistanda və ya digər Qafqaz ölkələrində eşidilmir. Rusiyada Putinə müxalif mediya belə Çeçenistan və ya digər Qafqaz ölkələrində olmadığı üçün maraqlanmırlar. Bu basqın ilə bağlı xəbərlər hər nədənsə türk mediyasında da yer almır. Rusiya islamafobinin dövlət səviyyəsində mövcud olduğu bir ölkədir. Çində müsəlmanlara edilən zülmün bir bənzəri Rusiyada da aparılır. Yəni ki, yumruq atılacaq bir turist varsa koreyalılar qəti şəkildə bu siyahıda deyillər.

Şərhlər

Çox oxunanlar