Dənizdə batmaqdan qurtarıldı

17.08.2016 22:38     Sosreaksiya     1185

Sumqayıtda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Onlar vətəndaşı sudan çıxarıblar və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 17:49-da başa çatıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar