Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

20.08.2016 19:58     Sosreaksiya     1124

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
 
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
 
Əməliyyat saat 15:55-də başa çatıb.
 
 

Şərhlər

Çox oxunanlar