Ermənistan silahlı bölmələri atəşkəsi 7 dəfə pozub

21.08.2016 09:44     Sosreaksiya     835

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 7 dəfə pozub.
 
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
 

Şərhlər

Çox oxunanlar