Bakıda kafe yanıb

21.08.2016 14:10     Sosreaksiya     1530

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan kafenin ondulindən ibarət dam örtüyü və ona bitişik ümumi sahəsi 15 m2 olan taxta konstruksiyadan ibarət tikili yanıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi və həyətində olan avadanlıqlar yanğından mühafizə olunub.
 
Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
 

Şərhlər

Çox oxunanlar