Bakı Dövlət Universitetinin tələbələri üçün təcrübə təşkil edilib - FOTOLAR

15.07.2015 13:28     Sosreaksiya     3054

Bakı Dövlət Universitetinin sosial iş və sosiologiya fakultələrindən olan tələbələr iki həftəlik praktik iş üzrə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində təcrübə keçir. Tələbələrə müxtəlif həssas qruplarla sosial işin təşkili ilə bağlı əvvəlcə təlimlər silsiləsi, sonra isə təşkilatın sığınacağında yerləşdirilmiş, o cümlədən Hüquq klinikasına müraciət edən digər şəxslər və onlarin ailələrinə sosial işin təşkili həyata keçiriləcək. İnsanin insana yardımı devizi ilə keçirilən bu seminarlarda sosial işçinin vəzifə və öhdəlikləri, sosial iş üzrə mövcud olan nəzəriyyələr, sosial iş üçün hüquqi və digər resurslar, sosial işin təşkilində sənədləşmə sığınacaqlarla bağlı məlumatlar və s yer tutur. Bu təlimlərdə ilk dəfə təşkilat sosial işçilərin sosial işçi kimi effektiv fəaliyyətini təmin etmək üçün psixoloji testlərdən və müsahibələrdən keçməsini təşkil etdi. Əsas məqsəd sosial işçidə mövcud olan aqressiya və stereotipləri müəyyən etmək ki, gələcəkdə müştəri ilə işlədikdə qarşı tərəfə öz davranışı ilə zərər verməsin. Psixoloqun rəyinə görə bəzi tələbələrdə depresiya, bəzilərində orta aqresiya, iki nəfərdə açıq aqressiya, bir nəfərdə isə təhlükəli aqresiya həddi müəyyən edildi. Qeyd edək ki, təlillərlə Reaksiya.az saytında tanış ola biləcəksiniz. 

Şərhlər

Çox oxunanlar