8 yaşlı piyadanın ölümündə günahlandırılan sürücü həbs edildi
23.08.2016 22:46 Sosreaksiya 1095
Qaxda 8 yaşlı piyada Banuçiçək Fətəlizadəni vuran sürücü həbs edilib.
Qax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 21-də Qax rayonu, Əmircan kənd sakini Mehman Muxtarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Qax şəhəri, M.F.Axundov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2008-ci il təvəllüdlü B.Fətəlizadəni vurub, azyaşlı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Qax rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
M.Muxtarov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq tədbirləri davam etdirilir.
Şərhlər