Manat avro, lirə və lariyə nisbətən bahalaşıb

24.08.2016 10:57     Sosreaksiya     896

 Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 23-ü ilə müqayisədə 0,25% artaraq 1,6245 manata yüksəlib.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,11% zəifləyərək 1,8349 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,8% artaraq 0,0252 manat səviyyəsinə yüksəlib.
 
Türkiyə lirəsinin məzənnəsi 0,4% zəifləyərək 0,5496 manat olub.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1404 manatdır. Beləliklə, funt sterlinq 0,43%-lik bahalaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,06% azalaraq 0,7119 manat təşkil edib. 
 
 

Şərhlər

Çox oxunanlar