Qeyri-leqal solçu təşkilatlar bir - bir PYD ilə birləşir - ARAŞDIRMA

15.07.2015 14:58     Sosreaksiya     2447

Türkiyədəki terror təşkilatları və qeyri-leqal solçu təşkilatlar PYD ilə birləşərək ABŞ-ın meydana gətirməyə çalışdığı tampon dövlət layihəsinə xidmət edirlər.

Suriya İnsan Hüquqları Müşahidə Təşkilatının (SOHR) 11 iyul tarixli hesabatında, PYD – nin hərbi qanadı YPG – yə ümumilikdə bütün dünyadan qatılmın qoşulma olduğunu açıqlamışdı. Amma  Türkiyədəki sol təşkilatlardan olduğu ortaya çıxdı.

İllərdir fraksiya mübarizəsi aparan qeyri-leqal solçu təşkilatlar Kobani məsələsi aktual olanda keçmişi bir kənara qoyub hərəkat ittifaqı etdi. Sol təşkilatları Kobanini birləşdirən motivasiyanın başında şübhəsiz, İŞİD - in dünyaya təqdim etdiyi vəhşilik görüntülərinin də payı var.

Türkiyədəki silahlı təşkilatlar üçün Kobani bir təlim mərkəzi halına gəldi. Yüzlərlə döyüşçü bölgəyə gedərək İŞİD - ə qarşı döyüşdü, onların arasında ölənlər, yaralananlar oldu. Bu təşkilatlar cəbhədə çəkilən fotoşəkilləri dən yaymağı da unutmadılar.

SDP bunlardan biridir

Türkiyə Xalqın Xilası Partiyası-Cəbhəsi ənənəsindən gələn bu təşkilatlanma, Sosialist Demokratiya Partiyası (SDP) adı altında legal olaraq təşkilatlanma ərəfəsində idi. Ancaq Kobaniyə döyüşçü göndərərək PYD – nin məqsədlərinə xidmət edir.

PYD – yə ən böyük dəstək MLKP –dən

 

PYD –yə indiyədək ən böyük dəstəyi, MLKP (Marksist-Leninist Kommunist Partiyası) verdi. MLKP adı altında Türkiyədə qeyri-leqal formada fəaliyyət göstərən təşkilat Əzilənlərin Sosialist Partiyası adı altında legal fəaliyyət göstərir. 1994-ci ildə qurulan qeyri-leqal təşkilat olan MLKP Kobanidə ən çox itkin verən təşkilat olub. MLKP - den 4 döyüşçü həlak olub.

Digər bir təşkilat isə TİKKO

Bölgədə döyüşən və adı tez – tez  hallanan digər bir təşkilat isə MKP (Maoist Kommunist Partiyası) ilə TKP / ML TİKKO(Partizan) - dur. Bu iki təşkilat 68 nəsli deyə bilinən qruplaşmadan İbrahim Kaypakkayanın qurduğu TİKKO - nun davamı da sayıla bilər.

TKP  də  bu bölgədə döyüşür

Bu təşkilatlarla yanaşı illərdir silahlı bir praktikası olmayan TKP Qığılcım (Türkiyə Kommunist Partiyası) üzvü bəzi gənclərin təşəbbüsü ələ alaraq bölgəyə getdiyi bilinir. Bölgəyə gedən başqa bir qruplaşma isə anarxistlərdir. Xüsusilə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə təşkilatlanan anarxistlər Kobaniyə fərdi qaydada döyüşüblər. 2009-ci ildə təşkilatın rəhbəri Orhan Yılmazkayanın öldürüldüyü İnqilabçı Qərargah da Kobani ilə bağlı bəyanat yayaraq YPG - ye dəstək verdiyini açıqlayıb.

Şərhlər

Çox oxunanlar