Şəmkirdə arvad ərini döyüb

24.08.2016 22:49     Sosreaksiya     1096

 Şəmkirdə döyülmə faktı qeydə alınıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini 1974-cü il təvəllüdlü Arzuman Qarayev kəllə beyin travması və sifətin əzilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
Vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə A. Qəhrəmanov yaşadığı evdə həyat yoldaşı tərəfindən döyülüb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
 

Şərhlər

Çox oxunanlar