Sumqayıtda ŞOK: Həkim 5-ci mərtəbədən yıxılan uşağı tutdu
25.08.2016 22:08 Sosreaksiya 1460
Bu gün günorta saatlarında Sumqayıt şəhərində qəribə hadisə baş verib. Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən az yaşlı uşağın yıxıldığını görüb və özünü itirmədən onu göydə tutmağa müvəffəq olub.
Hadisəni Lent.az-a danışan Ç.Cahangirova deyib ki, uşaq eyvandan yıxılarkən valideyni evdə yox imiş: “ Biz bildiyimizə görə, valideyn həmin an evdə yox idi. Elə işdən çıxarkən həmin binanın yanından keçirdim. Gördüm ki, binanın 5-ci mərtəbəsində bir uşaq həyəcanla “ Ana! Ana!” deyə qışqırır. Diqqətimi çəkdi. Uşağın yıxılacağını təxmin etdiyim üçün yolu keçib eyvanın düz altında dayandım. Ətrafdakılar, valideynlərini səslədim ki, kimsə köməyə gələ. Uşaq əvvəlcə eyvanlarının küncündən sallanmışdı, sonra yıxılaraq 4-cü mərtəbənin ipindən tutdu. Həmin an valideyn eyvana çıxdı. Qollarımı açıb uşağı tutmaq üçün dayandım. Çox şükür ki, tuta bildim. Hər ikimiz də yerə yıxıldıq, amma heç birimiz xəsarət almamışıq”.
Şərhlər