Xızıda axtarışda olan şəxsin meyiti su kanalından tapılıb

27.08.2016 19:14     Sosreaksiya     1049

 Xızı rayonunda su kanalından meyit tapılıb.
 
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
 
Onun iyunun 6-da Şabran RPŞ tərəfindən itkin düşmüş kimi axtarışda olduğu müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
 

Şərhlər

Çox oxunanlar