7 Rusiya aviaşirkətinin Azərbaycana uçuş icazəsi ləğv edilib
27.08.2016 22:31 Sosreaksiya 1041
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yeddi aviaşirkətin Azərbaycan şəhərlərinə uçuşlarına verilmiş icazələrini geri götürüb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, agentliyin yaydığı məlumatda deyilir ki, söhbət "Koqalımavia", "Yamal", "Saratob hava yolları", "YuTeyr", "İjavia", "Taymır" və "VİM-AVİA" şirkətlərindən gedir.
Buna səbəb kimi həmin şirkətlərin icazə aldıqdan sonra Azərbaycana uçuşlar həyata keçirməməsi olub.
Şərhlər