"Badamlı", "Sirab", "Slavyanka", "Damla" BAĞLANA BİLƏR

27.08.2016 23:33     Sosreaksiya     1000

Azərbaycanda su istehsal edən zavodlar bağlanma təhlükəsi ilə üz-üzədir. Səbəb bu ilin əvvəlində qeyri-filiz faydalı qazıntılarından tutulan mədən vergisi dərəcəsinin artırılmasıdır.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, bu haqda Su İstehsalçıları Birliyinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, ayrı-ayrı bölgələrdə su istehsal edən "Badamlı", "Sirab", "Slavyanka", "Damla" kimi müəssisələr üçün mənfəət əldə etmək imkanları tükənib. Mədən vergisinin məbləği artırılandan sonra hər kubmetr su üçün 10 manat ödənilir:

"Müəssisələrin Bakıdan kənarda yerləşməsi nəzərə alınmalıdır. Çünki bölgələrdə yerləşən müəssisələrin nəqliyyat xərci də var. Naxçıvandan 1 maşın suyun Bakıya gətirilməsi 1500 manata, Gədəbəydən 600 manata başa gəlir. Mədən vergisi də əlavə edildiyində, mənfəət əldə etmək mümkün deyil".

Su İstehsalçıları Birliyi məcəlləyə dəyişikliyin ləğvi üçün İqtisadiyyat Nazirliyinə müraciət etmək niyyətindədirlər.

2016-cı ilədək su müəssisələri hər kubmetr su üçün 6 manat mədən vergisi ödəyirdi.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar