Kurrikulum təlimlərindən keçməyən müəllimlər üçün kurslar təşkil olunacaq

29.08.2016 12:32     Sosreaksiya     997

 Təhsil naziri Mikayıl Cabbarov fənn kurrikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə əmr imzalayıb.
 
APA-nın xəbərinə görə, əmrə əsasən 2016/2017-ci dərs ilində ümumtəhsil məktəblərinin I-IX siniflərində dərs deyəcək və kurrikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurrikulumlarının tətbiqi üzrə təlim kursları təşkil ediləcək. Fənn kurrikulumlarının tətbiqi üzrə təlim kursları rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) təşkilatçılığı ilə yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin I-IX siniflərində dərs deyəcək fənn müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin həmin kateqoriyadan olan müəllimləri isə məskunlaşdıqları rayonlarda (şəhərlərdə) təşkil edilən təlim kurslarına cəlb olunacaqlar.
 
 

Şərhlər

Çox oxunanlar