"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında körpə sevinci - FOTOLAR

16.07.2015 12:56     Sosreaksiya     6211

Dünən gecə "Təmiz Dünya" İB-nin sığınacağında məskulaşmış bir qadının qız övladı dünyaya gəlib. "Təmiz Dünya" İB- nin sədri Mehriban Zeynalova bu xəbəri BakuPressşAZ saytı lə bölülşdü:Təmiz Dunya Qadımlara Yardım İctimai Birliyinin ailəsinə gozəl bir qiz övladıda əlavə olundu. Qızımız o qədər gozəldir ki Allah bəxtini gozəl edər insallah. Fidan balanın dünyaya gelməsində yardımı olan hər bir insana sonsuz təşəkkürlərimizi bildiririk. 
7 aydir ki, Sığınacağın maliyyələşməsi üçün hec bir resurs yoxdur. Amma buna baxmayaraq həm hüquqi yardim, hem psixoloji yardima gələnlər razi getdi. Bu il 4 nəfəri əməliyyat etdirə bildik. Nə qədər insanlara geyim və digər məsələlərdə komək ədə bildik. 12 ailənin barışmasına dağılmamasina dəstək olduq. Tək etmədik tebii. Komandamizla və mərhəmətli insanlarin sayəsində etdik.

Sığınacaqda qalanlar üçün bu gozəl ayda Ramazan ayinda etdiyiniz və hələdə davam ətməkdə olan maddi ve mənəvi yardimlariniz ucun təşəkkürlər.Allah əvəzini versin insallah! 

Şərhlər

Çox oxunanlar