Batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

30.08.2016 23:43     Sosreaksiya     1018

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 18:30-da başa çatıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar