Bu gün ilin sonuncu Günəş tutulması olacaq
01.09.2016 11:41 Sosreaksiya 698
2016-cı ilin sonuncu Günəş tutulması məhz bu gün olacaq.
“Report”un xəbərinə görə, tam günəş tutulması hadisəsi Mərkəzi Afrika, Tanzaniya, Mozambik və Madaqaskarda müşahidə ediləcək.
Günəş tutulmasını ən yaxşı Tanzaniya sakinləri görə biləcək.
Tutulma Qrinviç vaxtı ilə 07.17-də (Bakı vaxtı ilə 11.17) başlayacaq. Günəş tutulması 09.01-də (Bakı vaxtı ilə 13.01-də) maksimal fazaya çatacaq. Təbiət hadisəsi Qrinviç vaxtı 10.55-də (Bakı vaxtı ilə 14.55-də) yekunlaşacaq.
Bundan başqa, bu il üçün Yer və Ayın mərkəzləri arasındakı ən az məsafə (357 448 km) noyabrın 14-də olacaq. Bu zaman Ay çox böyük və aydın görünəcək. Digər “Super Ay” hadisələri sentyabrın 16-sı, oktyabrın 16-sı və dekabrın 14-də baş verəcək, amma bu günlərdə Ay Yer kürəsinə nisbətən yaxınlaşacaq. Eyni zamanda, bu il qanlı ay tutulması hadisəsi gözlənilmir.
Şərhlər