“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi layihəsini uğurla həyata keçirib - FOTOLAR

02.09.2016 23:05     Sosreaksiya     1384

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsini uğurla həyata keçirib.

Ictimai Birliyin sədri Mətanət Əsgərqızı məlumat verib ki, layihə üç ay müddətində icra olunub.

O bildirib ki, bu müddətdə 30-a yaxın tədbir keçirilib: 1 ali məktəbdə, 6 orta məktəbdə, 2 kollecdə, Quba və Mingəçevir şəhərlərində, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, Böyük Vətən Müharibəsi veteranları, gənclərlə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində, DİN-nin Daxili Qoşunların 2 hərbi hissəsində görüşlər təşkil olunub, xidmətdə fərqlənən əsgərlər diplomlarla , hədiyyələrlə təltif olunublar.

Tədbirlər Bakı, Mingəçevir şəhərlərində və Quba, Füzuli rayonlarında keçirilib. Görüşlərdə vətənpərvərlik, tariximiz, qəhrəmanlarımız haqqında söhbətlər aparılıb. Filmlər nümayiş olunub. Layihə müddətində iştirakçılar tərəfindən qaldırılan bir çox məsələlər həll olunub.

Sentyabrın 2-də layihənin yekun tədbirində hesabat verən “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı bildirib ki, bu məsələlər barədə mütəmadi mətbuatda informasiyalar verilib: Layihə müddətində iştirakçıların qaldırdığı bir çox məsələ və problemlərin həll edildiyini bildirən M.Əsgərqızı deyib ki, təşkilat yalnız ölkə içi deyil, eyni zamanda, qardaş Türkiyədə baş verən hadisələrə də münasibət bildirib: “Azərbaycanda əsgərlərimizə dayaq durduğumuz kimi, qardaş Türkiyədə baş verən mənfi olaylarla bağlı da münasibət bildirmişik. Baş verənlərlə bağlı bəyanatlar yaymışıq. Eyni zamanda, Azərbaycanda keçiriləcək referendumla bağlı tədbirlər keçirmişik. İctimai Birlik layihəyə bir çox töhfələr verib”.

Tədbirdə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinə köməyə görə bir sıra media qurumları , QHTXEBER.AZ, Vətəndaş cəmiyyəti jurnalı, TÜRKÜSTAN.İNFO, Reaksiya.az, Qht.az, Cebhe.info xəbər portal və “Cümhuriyyət” qəzeti, Admiral.az, F.5 saytları, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat Xidməti, Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası, DİN-nin Daxili Qoşunların Mətbuat Xidməti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Binəqədi rayonundakı 3, 248 saylı məktəblər həmçinin dövlət qurumları ictimai birlik tərəfindən təltif olunublar.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar