PKK Naxçıvan yolunda TIR yandırdı 

17.07.2015 11:00     Sosreaksiya     2055

Dilucu sərhəd buraxlış məntəqəsi yolunda yandırılan maşın yararsız hala düşüb.

PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub.

"Reaksiya.az" ANS PRESS- ə istinadən məlumat verir ki , hadisə İğdırın Karakoyun rayonan bağlı olan Taşburun bələdiyyəsində baş verib. İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan Naxçıvana sərhəd keçid məntəqəsi olan Dilucu sərhəd keçid məntəqəsinəgedən yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar.

Onlar sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar. Daha sonra onlar eyni yoldan keçən qara rəngli avtobusa minərək hadisə yerindən qaçıblar. Yanan maşının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alov söndürüləndən sonra TIR istifadəsiz hala düşüb. Yanğına görə magistral yol bir müddət bağlı qalıb.

 PKK-çıların yaxalanması üçün təhlükəsizlik qüvvələri əməliyyata başlayıblar. Şahidlərin sözlərinə görə, qara maskalı terrorçular maşını yandırarkən havaya atəş də açıblar. Yanan maşın dəmir yığınına dönüb.

Şərhlər

Çox oxunanlar