Türkiyədən Azərbaycana 85 qız, Azərbaycandan Türkiyəyə isə 1653 qız gəlin köçüb- Maraqlı statistika...

03.09.2016 16:54     Sosreaksiya     1143

2015-ci ildə 1733 azərbaycanlı Türkiyə vətəndaşı ailə qurub.

Moderator.az xəbər verir ki, Türkiyə Statistika Qurumu 2015-ci ildə Türkiyə vətəndaşları ilə ailə quran əcnəbilərin statistikasını yayımlayıb

. Statistikaya görə, 2015-ci ildə 1733 azərbaycanlı Türkiyə vətəndaşı ilə ailə qurub. Onlardan 85-i Türk gəlini ilə ailə quran azərabaycanlı bəy, 1653-ü isə Türk bəyi ilə ailə quran azərbaycanlı gəlin olub.

Əcnəbi gəlinlərin sayına görə azərbaycanlılar üçüncü yeri tutur. Türk gəlinləri ilə ailə quran əcnəbi bəylər arasında birinci yeri almanlar (1368) tutur. Sonrakı yerləri avstriyalı (282), suriyalı (241), ingilis (142), amerikalı (106), holland (102), azərbaycanlı (85), əfqan (85), iraqlı (82), iranlı (72), fransız (71), italyan (70), bolqar (60), yunan (48), ispan (36), norveçli (28), isveçli (27), misirli (27), kanadalı (25), fələstinli (23), makedoniyalı (22), nigeriyalı (19), iordaniyalı (19), rus (19), belçikalı (18), koreyalı (18), isveçrəli (17), ruminiyalı (17), danimarkalı (17), qazax (16), avstraliyalı (15), gürcü (14), pakistanlı (13), çinli (13), kosovalı (13), Səudiyə Ərəbistanlı (11), qırğız (11), hindli (10) bəylər tutur.

Türk bəyləri ailə quran əcnəbi gəlinlər arasında birinci yeri suriyalılar (3569) tutur. Sonrakı yerləri alman (2695), azərbaycanlı (1653), rus (1522), ukraynalı (1126), özbək (679), gürcü (638), bolqar (624), qırğız (499), qazax (463), avstriyalı (436), türkmən (358), moldovalı (342), mərakeşli (327), ingilis (296), iranlı (283), belarus (230), ruminiyalı (159), əlcəzairli (145), polyak (121), holland (120), iraqlı (118), makedoniyalı (111), amerikalı (104), çinli (99), fransız (90), filippinli (89), şimali kiprli (88), əfqan (87), yunan (82), indoneziyalı (81), boşnaq (73), isveçli (69), tailandlı (67), erməni (65), norveçli (62), tunisli (59), finlandiyalı (55), kosovalı (55) gəlinlər tutur. 2015-ci ildə ümumilikdə 22380 əcnəbi Türkiyə vətəndaşı ilə ailə qurub. Onlardan 3566-sı əcnəbi bəy, 18814-ü isə əcnəbi gəlindir. 2014-ci il rəqəmlərinə görə, türklərlə ailə quran əcnəbilərin sayında 10,4 % artım qeydə alınıb. 

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar