Sabah yağış yağacaq

04.09.2016 13:57     Sosreaksiya     1010

 Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-üa verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. 
 
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.  Havanın temperaturunun gecə  18-22° isti, gündüz  25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz  26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 761  mm  civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.              
 
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 5-də gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz  16-21° isti olacağı gözlənilir.
 
 

Şərhlər

Çox oxunanlar