Qənirə Paşayeva Antalyada Türk dünyası aydınlarına Qarabağ çağırışı edib
04.09.2016 14:38 Sosreaksiya 990
Millət vəkili Q.Paşayeva Antalyada Türk dünyası aydılnlarına Qarabağ çağırışı edib.
Türkiyədə Konyaaltı bələdiyyəsinin Kültür Mərkəzində keçirilən “9’uncu Avrasya Şairleri ve Sanatçıları Buluşması”nda millət vəkili Q.Paşayeva Türk dünyasının hər tərəfindən gəlmiş aydın,yazar, şair, araşdırmaçı və alimlərə Qarabağla bağlı çağırış səsləndirib. Tədbirdə çıxışına bu gözəl tədbirləri Azərbaycan və Türkiyə olaraq istədiyimiz sevinclə yaşaya bilmirik çünki Azərbaycan torpaqlarımızın 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizdə tədbirlər keçirə bilmirik, qardaş Türkiyədə isə dövlət çevrilişinin qarşısının alınması, terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib deyən milllət vəkili Q.Paşayeva qardaş Türkiyədə dövlət çevrilişinin qarşısının alınması zamanı və terrorla mübarizədə həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik deyib.Hər zaman qardaş Türkiyəmizin yanındayıq deyən millət vəkili bir daha belə acı hadisələrin yaşanmamasını diləyib. Q. Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib. O, Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Millət vəkili Qənirə Paşayeva, 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib. Yeni İstiqlal mücadiləsindən də Türkiyə, Türk milləti zəfərlə çıxacaq və dünyanın harasında yaşamasından asılı olmayaraq bizim kimi milyonlarla Türk insanı da qardaş Türkiyənin və onun haqlı mübarizəsinin yanındayıq deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. O bildirib ki bu gün Türkiyədə Türk dünyasının fərqli bölgələrindən dəyərli aydınlarımızla birlikdə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib.
Şərhlər