Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi yeni layihəyə start verib.

04.09.2016 22:15     Sosreaksiya     968

Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyindən verilən məlumata görə İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə elan etdiyi ikinci qrant müsabiqəsinin qaliblərindən biri olub.

Layihə vətənpərvərlik mövzusuna həsr olunub . ''Qərbi Azərbaycanda doğulub böyümüş azərbaycanlının həyat hekayəsi ''nə həsr olumuş filimin qəhrəmanı kimdi? Müharibə onun həyatını necə dəyişdi? Müharibədə nələr gördü? Film müharibənin insanlara vurduğu yaralardan, faciələrdən bəhs edir. Film Bakı şəhərində, Tərtər, Göranboy, Qəbələ rayonlarında çəkiləcək.

Məlumat üçün deyək ki, filmin Bakı şəhərində olan çəkilişləri bitmək üzrədir.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar