Bir neçə il əvvəl Azərbaycandan deportasiya olunmuş gürcü keşiş ölüb

06.09.2016 19:39     Sosreaksiya     1343

Azərbaycandan deportasiya olunmuş keşiş Basil Qoqilaşvili ölüb.
 
APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın “karibche.ambebi.ge” saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Qax rayonundakı Müqəddəs Georgi kilsəsinin baş keşişi olmuş B. Qoqilaşvili milli və dini təxribatlara yol verdiyinə görə 2011-ci ildə ölkəsinə göndərilib və Azərbaycana girişi qadağan edilib.
 
Daha sonra o, Tbilisi şəhərindəki Müqəddəs Qriqori Xandzteli kilsəsində işə başlayıb, ömrünün sonuna kimi orada işləyib. 
 
 
 

Şərhlər

Çox oxunanlar