“Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” adlı tədbir keçirildi

07.09.2016 12:40     Sosreaksiya     917

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasın Reaksiya.az-a verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsinin qaliblərindən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir.

“Azərbaycan tarixinin Qarabağ həqiqətlərinin təbliğində Azərbaycanda və xarici ölkələrdə silsilə tədbirlərin keçirilməsi” adlı layihənin növbəti tədbiri Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə keçirilmişdir.

Tədbirdə Yazıçılar İttifaqının Beyləqan rayon şöbəsinin rəhbəri Rövşən Budaq, şairlərdən Ağa Svalan, Arif Həsənli, Gülşən Fətiyeva iştirak edib. Əsgərlərə Qarabağın tarixi, mədəniyyəti, əraziləri haqda geniş məlumat verilib. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məhv edilmiş tarix- mədəniyyət abidələrimizdən ibarət sərgi hərbi hissəyə hədiyyə edilib. 03 centyabrda doğum günü olan əsgərlərimizə qiymətli hədiyyələr verilib. Ağcabədi rayonunun Qarabağ Müğam Mərkəzinin üzvləri əsgərlər qarşısında konserti proqramı ilə çıxış ediblər.

Məlumat üçün deyək ki, layihənin rəhbəri Radə Abbasdır. Layihənin icrası davam edir.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar