Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək

07.09.2016 19:57     Sosreaksiya     889

 Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərman imzalayıb.
 
APA-nın xəbərinə görə, fərmana əsasən, əhalinin növbəti siyahıya alınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçiriləcək.
 
Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.
 
Nazirlər Kabinetinə 2019-cu ildə əhalinin siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 
 
 

Şərhlər

Çox oxunanlar