İsmayıllıda evləri su basdı

08.09.2016 09:42     Sosreaksiya     1210

Son günlər Azərbaycanın bəzi rayonlarına aramsız yağan yağışlar fəsadlara yol açıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunda yağan yağışlar səbəbindən yaşayış evlərinə və həyətyanı sahələrə suyun dolması barədə məlumat daxil olub. Dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və suçəkmə işləri aparılması təmin edilib.

Əməliyyat saat 22:30-da başa çatıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar