Millət vəkili Q.Paşayeva Yeni Dərs ili ilə bağlı Tovuzda uşaqlar üçün “Kitab Günü” keçirib.

08.09.2016 14:29     Sosreaksiya     829

100-dən çox məktəblinin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair,
 
Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda
 
kitablar və jurnallar hədiyyə edən millət vəkili Q.Paşayeva onları daha çox
 
oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.
 
Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət
 
vəkili Qənirə Paşayeva
 
onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha
 
geniş mütaliə etməyə səsləyib. Tovuz məktəblərinin kitabxanalarına  təkcə özünün
 
müəllifi olduğu kitabları deyil, çoxlu sayda Azərbaycan ədəbiyyatı, tarixi,
 
Qarabağ həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda
 
kitablar hədiyyə etdiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqları onlardan
 
istifadə etməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva gənclər arasında
 
kitaba,elmə meyilliyin artmasının vacibliyi  istiqamətində də onlarla söhbət edib
 
və sualları cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə,
 
zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Millət vəkili
 
görüş zamanı təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara
 
tövsiyyə və məsləhətlərini də verib.  “Ölkəmizin daha da inkişafı üçün gənclərin
 
savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm
 
ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!" Millət vəkili
 
Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına
 
meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin
 
inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan
 
istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab
 
oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata
 
keçirməliyik,”, – millət vəkili Qənirə Paşayeva deyib. Tədbirdə iştirak etmiş
 
müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba
 
meyllənməsinin və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin
 
əhəmiyyətini vurğulayıblar. Millət vəkili Q.Paşayeva uşaqları maraqlandıran
 
sualları da cavablandırıb.
 
 
 

Şərhlər

Çox oxunanlar