Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib

08.09.2016 20:30     Sosreaksiya     811

 Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib. APA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.
 
“Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”, -deyə müraciətdə qeyd olunub. 
 
 
 

Şərhlər

Çox oxunanlar