Bakının Cavanşir küçəsi təmir edilir

09.09.2016 10:36     Sosreaksiya     910

Uzun müddətdir təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan Xətai rayonu Cavanşir küçəsində təmir işləri görülür. Küçənin uzunluğu 1 300 metr, ortalama eni isə 12,5 metrdir. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb.

Hazırda küçə boyu 2 500 poqon metr köhnə səki daşının yenilənməsi, yeni piyada səkilərinin tikintisi, mövcudlarının isə bərpa edilməsi istiqamətində işlər aparılır. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilir.

Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 18 min kv. m sahənin asfaltlanması nəzərdə tutulub.

Təmir işləri zamanı yerlatı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun xətlənməsi sitiqamətində addımlar atılacaq.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar