ASAN Xidmət iki gün işləməyəcək

09.09.2016 17:48     Sosreaksiya     938

12-13 sentyabr Qurban bayramı ilə əlaqədar ASAN Xidmət mərkəzləri fəaliyyət göstərməyəcək.
 
Xidmətin informasiya təminatı şöbəsindən Axar.az-a verilən məlumata görə, 14 sentyabrdan vətəndaşlar ASAN Xidmət mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
 
Qeyd edək ki, ASAN Xidmət mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
 
 
 

Şərhlər

Çox oxunanlar