Hava sabah da qeyri-sabit olacaq

19.07.2015 12:25     Sosreaksiya     1758

İyulun 19-da Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və gündüz arabir yağış yağacaq.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 18-23, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx və Sahildə isə 24-25 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Şərhlər

Çox oxunanlar